Ermənistanın hərbi itkiləri 2.7 milyard dollardan çoxdur
V.Qasımlı bildirib ki, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-a qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi endirilib.
"Deyilən müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər xəsarət alıb. 2442 obyekt, 92 çoxmənzilli binaya ziyan dəyib. Eyni zamanda 13 kommunikasiya infrastrukturu sıradan çıxıb və 17 dini obyekt, abidə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".
Azvision.az
Teqlər: Vüsal-Qasımlı