Paşinyanın “döyüşçüləri”: Cırtdanlar da savaşa girdi

Paşinyanın “döyüşçüləri”:  Cırtdanlar da savaşa girdi
  01 Noyabr 2020    Oxunub:34483
Azərbaycan Ordusunun əks-hücum əməliyyatları uğurla davam edir. Cəmi bir ay ərzində “məğlubedilməz ordu” mifi tamamilə darmadağın edilən düşmən hazırda acınacaqlı vəziyyətdədir. Bu günədək döyüş meydanında sarsıdıcı zərbələr alan işğalçı Ermənistan xeyli sayda itkilər verib, hərbi texnikaları, silah-sursatları məhv edilib. Təxmini hesablamalara görə, erməni ordusunun itkiləri 6-7 min civarındadır. Əlbəttə, ölü sayının daha çox olduğu istisna edilmir.
Azərbaycanın əsgər və zabitləri torpaqlarımızı işğaldan azad edib tarixi zəfərlər qazandıqca, düşmən tərəfdə hərcmərclik, xaos dərinləşir. Ordumuzun böyük addımlarla irəlilədiyini görən erməni hərbçiləri silahlarını ataraq döyüş meydanından qaçır, bəziləri ölməmək üçün təslim olur.

Hazırda erməni ordusunda şəxsi heyət baxımından ciddi problemlər yaşanır. Fərarilik qarşısıalınmaz həddə çatıb. Erməni gənclər ölmək istəmədiklərini deyərək, döyüşə getmək istəmirlər.

Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi, şəxsən baş nazir Nikol Paşinyan əlinə kim keçdi - xəstə, qoca, qadın, uşaq bilmədən dərhal Qarabağa döyüşə göndərir.



Əli silahlı uşaqlar

Ermənistanda cəbhə xəttinə göndərilənlər arasında uşaqlar, yeniyetmələr də var. İşğalçı ölkədə təkcə oğlan uşaqları deyil, əllərinə silah verilən azyaşlı qızlar da İrəvan hakimiyyətinin müharibə cinayətlərinə alət edilir, onların hüquqları tapdalanır. Bununla Ermənistan humanitar və beynəlxalq hüquq normalarını pozaraq insanlığa qarşı müharibə cinayətlərini davam etdirir.



Xaçlı döyüşçülər

Ermənistanda din xadimləri də zorla Qarabağdakı döyüşlərə cəlb olunur. Bu yaxınlarda Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhərindəki Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviç məcburi şəkildə döyüşə aparıldığını etiraf edib. 25 yaşlı pastor oktyabrın 16-da Sisiandakı hərbi komissarlığa çağırılıb. Ona Azərbaycana qarşı döyüşlərdə iştirak etməli olduğu deyilib.

Araratoviçin sözlərinə görə, onun kimi bir çox din xadimi döyüşə getmək istəməsə də, buna məhəl qoyulmayıb. “Kalaşnikov” avtomatı ilə silahlandırılan erməni din xadimləri Qarabağa, şiddətli döyüşlərin getdiyi Qubadlı istiqamətinə aparılıblar. Nəticədə əli silah tutmayan din xadimlərindən bəziləri ölüb, digərlərinin sonrakı taleyi məlum deyil.



Erməni qadınlar “qeyrətə” gəldi

Qadınların döyüşə aparılması mənəvi baxımdan yolverilməz və ayıbdır. Paşinyan bütün dəyərləri ayaq altına atdığı kimi, erməni qadınlarını Azərbaycan iğidlərinin qarşısına çıxarmaqdan da utanmır. Görünür, Ermənistanda sözün həqiqi mənasında kişi tapılmadığından qadınlar hərbi forma geyinib silahlanmağa başlayıb.



Özlərini xilas edə bilməyən xilasedicilər

Ermənistan rəhbərliyi döyüş meydanında ağır itkilər verən ordusunu qadınlar, uşaqlar və digər “könüllü”lərlə məcburi şəkildə komplektləşdirməyə çalışır. Qeyri-peşəkar hərbçilərdən formalaşmış zəif ordu ilə çöküşünü tezləşdirən baş nazir Nikol Paşinyan sözün əsl mənasında başını itirib. O, ordudakı əsgər çatışmazlığını aradan qaldırmaq üçün bütün dövlət qurumlarının işçilərini səfərbər edir.

Paşinyan indi də Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini ölümə göndərir. Belə ki, bu yaxınlarda xilasedicilərdən ibarət könüllü qrup cəbhə bölgəsinə yola salınıb.



Cinayətkarlar Qarabağa doğru

Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən Paşinyan həbsxana qapılarını açmaqla müxtəlif cinayətlər törətmiş məhkumları ordu sıralarına cəlb edir. Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan yerli KİV-də yayılan məlumatları təsdiqləyib.

"Onların hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir”, - Xaçatryan məhkumların ölüm meydanına aparıldığını etiraf edib.

Son ümid cırtdanlaradır

Uşaq, qadın, dindar, məhkum, beli bükülmüş qocalardan sonra bu dəfə Paşinyan son ümidini cırtdanlara bağlayıb. Gülməli görünsə də, Ordumuza qarşı döyüşənlər sırasına yarımçıq ermənilər də qoşulub. Təsəvvür edirsinizmi, düşmən necə biabırçı vəziyyətlə üzləşib ki, fiziki qüsurlu vətəndaşları silahlandırıb savaşa göndərir, bununla xilas olacağını zənn edir...



Saqqalı Nikol yararsız silahla cəbhə xəttində şəkillər çəkdirən bu cırtdanlamı qələbə qazanmaq istəyir? Bunu təsəvvür etmək belə ağılsızlıq olar. Yaxşı olar ki, Sorosun uşağı – Paşinyan xalqın qarşısına çıxıb acı məğlubiyyətini etiaf etsin, yoxsa nə dişi tökülmüş qocalar, nə də cırtdanlar onu xilas edə biləcək...



Azvision.az


Teqlər: Ermənistan   Döyüş   Ordu  





Xəbər lenti