“Türkiyə-Azərbaycan birliyi sözdə deyil, əməldədir” - Prezident

   “Türkiyə-Azərbaycan birliyi sözdə deyil, əməldədir” -    Prezident
  01 Noyabr 2020    Oxunub:2336
Bu günlər ərzində bizə Türkiyə vətəndaşları, bizim qardaşlarımız tərəfindən göstərilən dəstəyə görə bütün qardaş Türkiyə xalqına təşəkkürümü bildirmək istəyirəm. Onlar mənə çoxsaylı məktublar göndərirlər, çox səmimi məktublardır və bu, bizim hamımızı duyğulandırır.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Dövlətimizin başçısı deyib ki, eyni zamanda, Türkiyənin media nümayəndələri də gecə-gündüz döyüş meydanlarında öz həyatlarını risk altına atırlar və bu görüntüləri dünya daha çox Türkiyə mediası vasitəsilə görür və bilir. Gəncənin, Bərdənin namərdcəsinə bombalanmasından sonra buraya ilk gələn bizim Türkiyədən olan qardaşlarımızdır. Ona görə bu, bir daha Türkiyə-Azərbaycan birliyini göstərir. Hər zaman mən əziz Qardaşımla bu barədə danışanda biz bilirdik ki, bu birlik sözdə deyil, əməldədir və bunu bu gün bütün dünya bilir.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti