Ermənistan ordusunun xüsusi təyinatlıları darmadağın edildi

 Ermənistan ordusunun xüsusi təyinatlıları darmadağın edildi
  01 Noyabr 2020    Oxunub:10766
Ermənistan silahlı qüvvələrinin 022 saylı xüsusi təyinatlı hərbi hissəsi Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat nəticəsində darmadağın edilib.
Azvision.az xəbər verir ki, hərbi hissənin şəxsi heyətinin ölənlər və yaralıları da daxil olmaqla 70 faizinin sıradan çıxdığı bildirilir. Hərbi hissənin sağ qalan hərbi qulluqçuları digər alayların kəşfiyyat bölmələrinə təyin edilib.

Xüsusi təyinatlıların belə ağır itkilər verməsi Ermənistan ordusunda böyük ruh düşkünlüyünə və təşvişə səbəb olub.

Qeyd edək ki, xüsusi təyinatlı hərbi hissənin komandiri, ölümündən sonra Ermənistanın milli qəhrəmanı ad verilən polkovnik Vaaqn Asatryandır. O, oktyabrın 13-də gedən döyüşlər zamanı məhv edilib.

Azvision.az


Teqlər: Düşmən  





Xəbər lenti