“Bundan sonra da qardaşlarımızın yanında olacağıq” - Ərdoğan

 “Bundan sonra da qardaşlarımızın yanında olacağıq” -  Ərdoğan
  01 Noyabr 2020    Oxunub:3773
"Suriyada, Liviyada, Azərbaycanda qardaşlarımızın yanında biz varıq".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən konfransında deyib.

"Aralıq dənizindən Qaradənizə, Suriyadan Liviyaya, Kiprdən Qarabağa qədər hər yerdə eyni şərəfli mövqeyi ortaya qoyduq. İnşallah, bundan sonra da yolumuza davam edəcəyik. Durmaq yoxdur.

Əlbəttə, hər böyük mübarizədə olduğu kimi bədəllər ödəyirik. Terrorla mübarizədə şəhidlər verdik. Amma unutmamalıyq ki, hər şey bu ərazilərin vətən olması üçündür. Əgər vətənə sahib olmaq istəyirsənsə, mübarizə aparmalısan”.

Ərdoğan, həmçinin Türkiyənin bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacağını, Qarabağ məsələsində açıq və qətiyyətli mövqe nümayiş etdirdiyini diqqətə çatdırıb.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti