“Johnson & Johnson” etiraza səbəb olan paylaşımını sildi

“Johnson & Johnson” etiraza səbəb olan paylaşımını sildi
  02 Noyabr 2020    Oxunub:2069
Xəbər verdiyimiz kimi, ABŞ-ın “Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabında Qarabağdakı separatçı rejimi dəstəkləyən paylaşım edib.
Azvision.az -ın məlumatıma görə, şirkətin Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşması ciddi etirazla qarşılanıb.

Təxribatçı paylaşım səbəbindən Azərbaycanda bəzi supermarket və ticarət obyektləri “Johnson & Johnson”un istehsal etdiyi məhsulların satışını dayandırıb.

Sosial şəbəkə istifadəçilərinin çoxsaylı şikayət və etirazlarından sonra şirkət səhvini düzəldərək həmin paylaşımı silib. Bunun əvəzində müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi qeyd olunub.

Azvision.az


Teqlər: Şirkət   Qarabağ  





Xəbər lenti