Koronavirusa yoluxanların sayı 47 milyona çatır

 Koronavirusa yoluxanların sayı 47 milyona çatır
  02 Noyabr 2020    Oxunub:1634
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 46 milyon 823 min 570 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 205 min 321 nəfərdir.

İndiyədək 33 milyon 756 min 959 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti