“Koronavirusla bağlı nəticələr birinci mərhələdən pis ola bilər”

“Koronavirusla bağlı nəticələr birinci mərhələdən pis ola bilər”
  02 Noyabr 2020    Oxunub:2436
Hazırda ölkəmizdə koronavirusa yoluxanların sayında nəzərəçarpacaq dərəcədə artım var. Payız-qış fəslində havaların soyuması ilə əlaqədar respirator xəstəliklər, qrip virusu baş qaldırır. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklərin fonunda koronavirus daha ağır keçə və nəticələr birinci mərhələdən pis ola bilər.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, bu gün Azərbaycan iki virusla mübarizə aparır: biri koronavirus, digəri isə erməni virusudur.

“Bu gün biz təcavüzkar Ermənistanla mübarizə aparırıq. Dövlətimizin bütün resursları bir məqsədə yönəlib. Tezliklə işğal altındakı torpaqlarımızı azad edib bayrağımızı Şuşada dalğalandıraq. Buna görə hər bir Azərbaycan vətəndaşı məsuliyyətini dərk etməli, əvvəlki dövrdən daha çox ehtiyatlı olmalı, qaydalara əməl etməlidir”.

M.İbrahimqızı qeyd edib ki, ölkəmizdə koronavirusa qarşı mübarizədə hər cür şəraitin olmasına baxmayaraq, hələ də vətəndaşlarımız öz məsuliyyətlərini düzgün dəyərləndirmir.

“Əsgərlərimiz yola salınarkən müəyyən sıxlıq yaşandı, qaydalara əməl edilmədi. Bu, xəstəliyin bir qədər artmasına səbəb oldu. Hələ ilin əvvəlindən ölkəmizdə koronavirusla mübarizədə hər cür şərait yaradılıb, modul tipli xəstəxanalar açılıb, xaricdən həkimlər dəvət olundu, təcrübə mübadiləsi aparıldı, hazırda onların bir çoxu modul tipli xəstəxanalarda koronaviruslu xəstələrə kömək edir. Bizim bir nömrəli vəzifəmiz Operativ Qərargahın qoyduğu qaydalara əməl etməkdir. Çünki koronavirusun dünyada bilinən peyvəndi, dərman müalicəsi yoxdur. Bununla eyni zamanda həkimlərin işini də yüngülləşdirmiş olarıq. Biz qızıl qaydalara əməl edək ki, tezliklə Ermənistan işğalçılığına son qoyduğumuz kimi koronavirusa da son qoya bilək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Deputat   Koronavirus  





Xəbər lenti