Ramiz Mehdiyev Facebook-da status yazdı

Ramiz Mehdiyev Facebook-da status yazdı
  05 Fevral 2014    Oxunub:1757
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Facebook sosial şəbəkəsinə qoşulması haqda səslənən fikirlərə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, PA rəhbəri yazdığı statusda qeyd edib ki, onun facebook-a qoşulması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb.

“Şərhlərdən görünür ki, facebook səhifəmin açılması sosial şəbəkə istifadəçiləri tərəfindən müsbət qarşılanıb. Bu, bir daha təsdiq edir ki, azad internetin mövcud olduğu Azərbaycan Respublikası informasiya cəmiyyəti quruculuğunda böyük məsafə qət edib”.

Qeyd edək ki, Prezident Adminstariyasının rəhbəri ötən gündən etibarən Facebook sosial şəbəkəsinə qoşulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti