“Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”

 “Bu gün yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcək”
  02 Noyabr 2020    Oxunub:2824
Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir.
Azvision.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.

Dövlət başçısı bildirib: "Əziz qardaşım, cənab Prezident dediyi kimi, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi. Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr var, bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm. Bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq ilkin məlumatlar gəlibdir. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik, işğalçıları torpaqlarımızdan qovacağıq".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti