“National Post”: “Qarabağ” klubu Ağdama qayıtmaq arzusundadır
Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin “Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.
Yazıda “Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu “Twitter” paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək “Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.
Məqalədə, həmçinin “Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.
Azvision.az
Teqlər: “NationalPost” Qarabağ Ağdam