“Düşmən ordusunun rəhbər şəxsləri izlənilərək məhv edilir”

 “Düşmən ordusunun rəhbər şəxsləri izlənilərək məhv edilir”
  03 Noyabr 2020    Oxunub:2763
Azərbaycan Ordusu düşmənin yüksək rütbəli hərbçilərini zərərsizləşdirməyə davam edir. Ötən gün işğal altında olan Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin “müdafiə naziri”nin müavini polkovnik Artur Sarkisyan məhv edilib. Həmin gün erməni polkovnik, “milli qəhrəman” Sergey Şakaryan da onun yanına yola salınıb. Bir neçə gün əvvəl isə separatçıların “müdafiə naziri” Cəlal Arutyunyan Ordumuzun dəqiq atəşi ilə darmadağın edilib.
Döyüşlər zamanı düşmənin daha onlarla yüksək rütbəli zabiti öldürülüb. Döyüş meydanında başından ağır zərbələr vurulan düşmən ordusunda nizamsızlıq, hərc-mərclik artıb, idarəetmə qabiliyyəti itib. Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan silahlı qüvvələri bir çox istiqamətlərdə şəxsi heyət və hərbi texnika baxımından ciddi itkilər verərək geri çəkilməyə məcbur olub.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azvision.az-a açıqlamasında bildirib ki, düşmən ordusunda vəzifəli şəxslərin itirilməsi idarəçiliyə, təşkilatçılığa təsirsiz ötüşmür. Onun sözlərinə görə, düşmən ordusunun rəhbər şəxsləri izlənilərək çıxaradan çıxarılır.

"Məhv edilən vəzifəli şəxslər öz dairələrində müəyyən nüfuz sahibi idilər. Onları məhv etməklə yerlərini tuta biləcək şəxslərin məhdud olduğunu bilirik. Digər tərəfdən, bunlar idarəçilik və digər məsələləri özləri həll edirdilər. Həmin idarəçiliyin başqa şəxslərə keçməsi və müəyyən formada funksiyanı yerinə yetirmək üçün zaman lazım olur. Ermənistan ordusunda idarəçiliyin itməsi və fəaliyyətdə nöqsanların olması qaçılmazdır. Ümumilikdə isə istənilən halda düşmən geri çəkilir. Rəhbərlikdə kimin olmasından asılı olmayaraq, düşmən geri çəkilməyə məcburdur. Ermənistan ordusunu geri qaçmağa məcbur edən Azərbaycan Ordusudur. Ordumuz döyüşlər gedən istiqamətlərdə öz uğurlu əməliyyatları ilə nailiyyətlər əldə edərək düşməni qaçmağa məcbur edir. Hər bir halda düşmən döyüş meydanından qovulur və qovulacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ekspert   Hərbi   Ramaldanov  





Xəbər lenti