“Münaqişənin həllində müəyyən inkişaf var” - Rusiya XİN

 “Münaqişənin həllində müəyyən inkişaf var” -  Rusiya XİN
  03 Noyabr 2020    Oxunub:2281
Hazırda ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağdakı münaqişənin həllində müəyyən inkişaflar var.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib. O, Moskvanın Qarabağda siyasi tənzimlənmənin tərəfdarı olduğunu vurğulayıb.

Rudenko, Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmağın hələ tez olduğunu əlavə edib: "Biz ekspert səviyyəsində danışıqlar aparırıq, ilk növbədə Minsk Qrupu çərçivəsində, başqa nəsə barədə danışmaq hələ tezdir".

Onun sözlərinə görə, Moskva bütövlükdə Qarabağdakı tənzimləmə ilə bağlı spekulyasiya etməməyi üstün tutur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Rusiya  





Xəbər lenti