“İnformasiya müharibəsi hərbi əməliyyatların tərkib hissəsidir” - Prezidentin köməkçisi

  03 Noyabr 2020    Oxunub : 1759
“İnformasiya müharibəsi hərbi əməliyyatların tərkib hissəsidir” -   Prezidentin köməkçisi
Sentyabrın 29-dan indiyə qədər Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir:

"Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu əks effekt verir, özlərinin işğalçılıq siyasətlərini ifşa edirlər. Azərbaycan dövlət başçısına bu kimi müsahibələrdə provokativ suallar da görürük, ancaq Prezident səbir və təmkinlə cavablar verir. Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər. “Nyu-York Times” da belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır”.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev