“Biz mülki insanlarla müharibə aparmırıq” - Prezidentin köməkçisi

 “Biz mülki insanlarla müharibə aparmırıq” -  Prezidentin köməkçisi
  03 Noyabr 2020    Oxunub:2137
“Ermənistan məğlubiyyətlərini, həqiqətləri gizlətməklə öz ictimaiyyətini aldadır".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ordusu mülki insanları və obyektləri hədəf seçmir, işğalçını sülhə məcburetmə əməliyyatı aparılır.

“Ermənistan Xankəndi və digər yaşayış məntəqələrində mülki obyektlərə zərbə endirilməsi barədə yalan məlumat yayır. Biz mülki insanlarla müharibə aparmırıq, yalnız oradakı legitim hərbi hədəflərə zərbə endirilir. Azərbaycanda əsirlikdə olan erməni hərbçilər də hər hansı fiziki, psixoloji təzyiqlərdən kənardır. Biz bu sahədə üzərimizə düşən beynəlxalq öhdəliklərdən çıxış edirik. Azərbaycanla Ermənistan arasında olan əsas fərq də bundan ibarətdir. Elə humanitar siyasətin nümunəsi olaraq bir müddət əvvəl Azərbaycanda olan 30 erməni hərbçinin cəsədinin də Ermənistana verilməsi təmin olunub”.

Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti