Ermənistanın alay komandiri fərarilik etdi, hərbçilər itkin düşdü

 Ermənistanın alay komandiri fərarilik etdi,  hərbçilər itkin düşdü
  03 Noyabr 2020    Oxunub:3506
Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub", - deyə məlumatda qeyd olunub.

Azvision.az




Teqlər: Düşmən   Məhv  





Xəbər lenti