Ermənilərdən Gövhər Ağa məscidi ilə bağlı təxribat

   Ermənilərdən Gövhər Ağa məscidi ilə bağlı təxribat
  03 Noyabr 2020    Oxunub:2831
Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan bununla növbəti dəfə yalan məlumat yaymağa çalışır: “Azərbaycanla Ermənistan arasında dini münaqişə yoxdur. Azərbaycan Silahlı Qüvvələri mülki obyektləri atəşə tutmur. Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır”.

Azvision.az


Teqlər: GövhərAğa  





Xəbər lenti