Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanladı

Ombudsman beynəlxalq təşkilatlara şikayət ünvanladı
  03 Noyabr 2020    Oxunub:2249
Ombudsman Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən sıx məskunlaşmış yaşayış məntəqələrinin qadağan olunmuş silahlardan atəşə tutulması nəticəsində uşaqların qətlə yetirilməsi, o cümlədən işğalçı ölkənin uşaqları hərbi əməliyyatlara cəlb etməsi, uşaq bağçalarından və məktəblərdən hərbi komandanlıq mərkəzləri, silah sursat anbarları kimi istifadə olunması kimi müharibə cinayətlərinə beynəlxalq hüquqi qiymətin verilməsi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, UNICEF-ə, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə, BMT Baş katibinin Uşaqlar və Hərbi Münaqişələr üzrə Xüsusi nümayəndəsinə və Beynəlxalq Qırmızı Xaç Komitəsinə şikayət ünvanlayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Müvəkkil Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, Azərbaycan Respublikasının mülki əhalisi, xüsusən də uşaqlar arasında tələfatlara səbəb olan və humanitar hüquq normaları, o cümlədən Ermənistanın imzaladığı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusu ilə müharibə cinayəti sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımlar atmağa çağırıb.

Eyni zamanda, Ombudsman müraciətində həmin qurumları Ermənistan tərəfindən mülki əhaliyə, xüsusilə uşaqlara qarşı törədilən son müharibə cinayətlərinin və insan hüquq pozuntularının şahidi olmaları, faktiki sübutların toplanaraq beynəlxalq hüquqi qiymət verilməsi üçün birgə müstəqil faktaraşdırıcı missiyanın həyata keçirilməsinə dəvət edib.

Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti