Döyüşdən qorxan erməni məmurlar Qarabağdan qaçdı

 Döyüşdən qorxan erməni məmurlar Qarabağdan qaçdı
  04 Noyabr 2020    Oxunub:5408
Azərbaycana qarşı döyüşlərdən qaçıb fərarilik edənlər arasında erməni əsgər və hərbçilərlə yanaşı, yüksək vəzifə tutan məmurlar da var.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, müharibədə iştirak etməmək üçün Qarabağdan qaçan bir çox məmurlar işdən çıxarılıb.

Qarabağdakı qondarma rejimin işdən çıxarılan məmurları aşağıdakılardır:

“Prezident”in köməkçisi" Rudik Martirosyan

"Baş Prokurorun müavinləri" Erik Verdiyan və Sasun Qabrielyan

"Dövlət Statistika Şurasının üzvü" Armen Soqomonyan

"Mərkəzi Seçki Komissiyasının üzvü" Yeqişe Soqomonyan

"Əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini" Arkadi Soqomonyan,

"Şəhərsalma və arxitektura nazirinin müavini" David Avanesyan

"Təhsil və elm naziri" Erik Qriqoryan

"Dövlət Gəlirləri Komitəsinin Aparat rəhbəri" Qagik Ayrapetyan

"Prezidentin inzibati işlər üzrə köməkçisi" Artak Arstamyan

Adları çəkilən, eləcə də digər fərari məmurların işdən qovulmaqla yanaşı, məsuliyyətə cəlb olunacağı bildirilib.

Bu fakt bir daha təsdiqləyir ki, müharibə başlayandan bəri Ermənistan ordusunda fərarilik və xaos hökm sürür. Buna görə də ermənilər orduya muzdluları və terrorçuları cəlb edir.

Azvision.az


Teqlər: Qarabağ   Müharibə   Fərari   Döyüş  





Xəbər lenti