“Ermənistan XİN mülki insanlara qarşı hücumlara zəmin hazırlayır” - Hikmət Hacıyev

   “Ermənistan XİN mülki insanlara qarşı hücumlara zəmin hazırlayır” -    Hikmət Hacıyev
  04 Noyabr 2020    Oxunub:2723
Ermənistanın Xarici İşlər Nazirliyi belə bir davakar bəyanatla və uydurma rəvayətlərlə Azərbaycanda mülki insanlara qarşı hücumlara zəmin hazırlayır.
Azvision.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitterdəki səhifəsində yazıb.

“Ermənistan terrorizmi dəstəkləyən bir dövlət olaraq, Gəncə, Bərdə və s. şəhərləri “Smerç” və “SCAD” ballistik raketlərindən atəşə tutaraq əsl simasını nümayiş etdirdi”, - deyə Hikmət Hacıyev qeyd edib.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti