Prezident: “Türkiyə yalnız siyasi-mənəvi dəstək göstərir”

  Prezident:  “Türkiyə yalnız siyasi-mənəvi dəstək göstərir”
  04 Noyabr 2020    Oxunub:2560
Ankaranın Azərbaycana dəstəyi sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində rəsmi Ankaranın dəstəyini şərh edərkən söyləyib.

Dövlətimizin başçısı deyib ki, Türkiyə yalnız siyasi-mənəvi dəstək göstərir və bu, kifayət edir: “Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti