XİN rəsmisi: “Sarkisyan yalan danışıb”

 XİN rəsmisi: “Sarkisyan yalan danışıb”
  04 Noyabr 2020    Oxunub:2814
Ermənistan prezidenti Armen Sarkisyan “RBC”ya müsahibəsində həqiqətləri təhrif edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

XİN rəsmisi vurğulayıb ki, Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb.

“1980-ci illərin sonunda Azərbaycanı 1 milyondan çox erməninin tərk etdiyini söylədi. Fakt: 1989-cu il siyahıyaalmasına görə 390.505 nəfər erməni var idi", - Abdullayeva əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: XİN   Leyla-Abdullayeva  





Xəbər lenti