Düşmənin zenit qurğusu sıradan çıxarıldı- VİDEO

  Düşmənin zenit qurğusu sıradan çıxarıldı-    VİDEO
  04 Noyabr 2020    Oxunub:5249
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyinin məlumat verilib.

Bildirilib ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.

Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəflərini və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub.



Azvision.az


Teqlər: Düşmən   Zenit   Məhv  





Xəbər lenti