Ermənilərin "öldürdük" dediyi polkovnikimiz sağdır

   Ermənilərin "öldürdük" dediyi polkovnikimiz sağdır
  04 Noyabr 2020    Oxunub:2977
Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydıqları xəbər növbəti yalan məlumatdır.
Müdafiə Nazirliyindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Beləliklə, ermənilərin yaydığı bu cəfəngiyyat da "feyk-nyus"dan başqa bir şey deyil.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Polkovnik  





Xəbər lenti