Müdafiə Nazirliyi: “3 tankın vurulması xəbəri yalandır”

     Müdafiə Nazirliyi:    “3 tankın vurulması xəbəri yalandır”
  04 Noyabr 2020    Oxunub:2542
Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir", - məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Yalan   Məlumat  





Xəbər lenti