İran Azərbaycanın mövqeyini dəstəkləyir

 İran Azərbaycanın mövqeyini dəstəkləyir
  04 Noyabr 2020    Oxunub:3124
İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri çərçivəsində həllini dəstəkləyir.
Azvision.az xəbər verir ki, bunu İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi deyib. Səfir bildirib ki, İran münaqişənin həlli ilə bağlı hər zaman eyni mövqedən çıxış edib.

“Bu məsələ beynəlxalq aləmin qəbul etdiyi hüquq prinsipləri çərçivəsində həll olunmalıdır. Ermənistan İranla qonşu olsa da, biz onlara dəfələrlə demişik ki, Dağlıq Qarabağ məsələsi beynəlxalq qanunların qoyduğu tələblər əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Artıq bununla bağlı İranın Ali lideri tərəfindən münasibət bildirilib. Ali liderin “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin hamısı azad edilməlidir və bütün bu ərazilər Azərbaycana qaytarılmalıdır” fikri İran hökumətinin məsələ ilə bağlı münasibətini bir daha ortaya qoyur", - deyə səfir əlavə edib.

Azvision.az


Teqlər: DağlıqQarabağ   İran  





Xəbər lenti