Düşmənin zenit qurğuları sıradan çıxarılır

 Düşmənin zenit qurğuları sıradan çıxarılır
  04 Noyabr 2020    Oxunub:3936
Xəbər verdiyimiz kimi, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu Ordumuzun dəqiq atəşi ilə məhv edilib.
Azvision.az -ın məlumatına görə, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

Sentybarın 27-dən bu günə qədər Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2017-2018-ci ildə Serbiyadan aldığı bir neçə ədəd 20 mm çaplı “M-55” zenit topu sıradan çıxarılıb. Bu zenit topları MT-LB zirehli nəqliyyat vasitəsinə quraşdırılıb. Məhv edilən "M-55” zenit toplarının sayı 10-dan çoxdur.

Qeyd edək ki, üç lüləli “Zastava M55” zenit topu Serbiyanın “Zastava Arms” şirkəti tərəfindən istehsal edilir. Topun M55 A2, M55 A3 B1, M55 A4 B1 və BOV-3 variantları mövcuddur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Düşmən   Məhv   Zenit  





Xəbər lenti