Erməni deputatdan muzdlularla bağlı etiraf: “Eyni təyyarədə gəldik”

 Erməni deputatdan muzdlularla bağlı etiraf:  “Eyni təyyarədə gəldik”
  04 Noyabr 2020    Oxunub:4174
Ermənistan ordusunda muzdluların, terrorçuların döyüşməsi barədə çoxsaylı faktlar mövcuddur. Bu faktlar artıq bir çox xarici KİV-lərdə işıqlandırılıb.
Azvision.az -ın məlumatına görə, Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Qarabağa muzdluların gəlməsi xəbərini təsdiqləyib.

Onun sözlərinə görə, Moskvadan İrəvana qayıdarkən təyyarədə döyüşə yollanan erməni əsilli xarici ölkə vətəndaşları ilə rastlaşıb. Həmin şəxslər deputata Azərbaycana qarşı döyüşə hazırlaşdıqlarını bildiriblər.

“Eyni reysdə 100-dən çox sərnişin var idi. Onların əksəriyyəti döyüşə gedəcəklərini etiraf etdilər. Bu adamlar gəlib ki, əllərinə silah alıb döyüşsünlər”.

Bundan əvvəl Rusiya vətəndaşlarının Ermənistan tərəfindən muzdlu qismində döyüşə cəlb olunmasl barədə xəbər vermişdik. Rusiyanın "Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev Telegram” kanalında muzdlulardan birini şəxsən tanıdığını yazıb. Onun sözlərinə görə, muzdlular aylıq 1500 dollar alırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NairaZöhrabyan   Muzdlu  





Xəbər lenti