BQXK Dilqəm və Şahbazın Ermənistana aparılmasını təsdiqlədi

  05 Noyabr 2020    Oxunub : 2601
 BQXK Dilqəm və Şahbazın Ermənistana aparılmasını təsdiqlədi
Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan azərbaycanlıların Ermənistana köçürüldüyü barədə bizə məlumat verilib.
Bunu Azvision.az -a açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: BQXK   Dilqəm-Əsgərov   Şahbaz-Quliyev