Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü

 Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü
  05 Noyabr 2020    Oxunub:3253
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 60 min 873 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 46 min 465 nəfər müalicə olunaraq sağalıb, 794 nəfər vəfat edib. Aktiv xəstə sayı 13614 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 404 min 543 test aparılıb. Bugünkü test sayı isə 13290-dır.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti