“Onlar qorxaqdırlar, gücümüzü görüb qaçırlar” - Prezident

   “Onlar qorxaqdırlar, gücümüzü görüb qaçırlar” -    Prezident
  05 Noyabr 2020    Oxunub:2882
Ermənistan Dağlıq Qarabağın müstəqilliyi tanımaq istəsəydi, bundan çox öncə tanıyardı. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaq, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə - heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı təqdirdə Azərbaycanın reaksiyasının necə olacağı barədə suala cavabında söyləyib.

Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və onlar gücümüzü, birliyimizi görüb qaçırlar”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti