Bakıda tarixi binanı boyayan şəxslər cəzalandırıldı

   Bakıda tarixi binanı boyayan şəxslər cəzalandırıldı
  05 Noyabr 2020    Oxunub:2409
Bakı şəhəri Akademik Zərifə Əliyeva küçəsi ilə Məmməd Əmin Rəsulzadə küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadının bir hissəsinin qara və qızılı rəngə boyanması haqqında sosial şəbəkədə yayımlanan məlumatla bağlı bildiririk ki, paytaxtın müvafiq xidmətlərinin və Baş Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal həmin ərazinin əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilib, binadakı obyektin icarədarı və sahibkar cəzalandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidməti məlumat yayıb.

"Bununla əlaqədar vətəndaşlara belə neqativ hallara yol verənlərə qarşı reaksiyalarına görə minnətdarlığımızı bildiririk",- məlumatda qeyd edilib.

Azvision.az


Teqlər: BŞİH  





Xəbər lenti