Ali qanunvericilik orqanları arasında xoş münasibətlərin qurulmasında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin önəmli yer tutduğunu diqqətə çatdıran Adil Əliyev Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olaraq görülən işlərdən danışıb, qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Vitse-spiker ikitərəfli müstəvidə uğurla inkişaf etməkdə olan dostluq münasibətlərimizlə yanaşı, nüfuzlu parlament təşkilatları çərçivəsində uğurlu əməkdaşlığımızdan söhbət açıb.
Sahibə Qafarova serbiyalı həmkarı ilə görüşüb |
Adil Əliyev, həmçinin dağıdılan infrastruktur, yandırılan mülki obyektlər və fərdi yaşayış evləri, ölkəmizin flora və faunasına dəyən külli miqdarda ziyan barədə danışıb. Sədr müavini diqqəti xüsusilə ölən və yaralananların içərisində çox sayda uşaq, qoca və qadının olmasına, raket zərbələrinin cəbhə xəttindən kilometrlərlə kənarda yerləşən yaşayış məntəqələrinə endirilməsinə çəkib. Diqqətə çatdırılıb ki, hücumlar zamanı Ermənistan qadağan olunmuş silahlardan istifadə edir və bununla Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozub.
Səmimi görüşə görə minnətdarlığını bildirən səfiri Serjan Abdukərimov iki qardaş ölkə arasında uzun illərdir davam edən dostluq münasibətlərinin hər keçən gün daha da dərinləşdiyini bildirib. Bu dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın önəmli yeri olduğunu deyib. Qonaq Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş Azərbaycanın mövqeyini müdafiə etdiyini, ölkəmizin ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib. Səfir bu yaxınlarda Bərdə şəhərinə səfəri zamanı Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi öz gözləri ilə gördüyünü, bundan təsirləndiyini, dinc əhaliyə qarşı bu münasibətin qəbuledilməz olduğunu vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.