Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan
Azvision.az -a verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.
İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.
Hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Azvision.az