Düşmənin silah-sursat anbarı partlayıb

    Düşmənin silah-sursat anbarı partlayıb
  06 Noyabr 2020    Oxunub:3398
Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.
Bu barədə Azvision.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib. Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi", - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: Düşmən   Anbar   Partlayış  





Xəbər lenti