Məşhur terrorçu Qarabağa muzdlular göndərir - FOTOFAKT

   Məşhur terrorçu Qarabağa muzdlular göndərir -    FOTOFAKT
  06 Noyabr 2020    Oxunub:5225
Ukraynanın işğal olunmuş Donbass vilayətində yaşayan məşhur terrorçu Axra Avidzba (Abxaz) bildirib ki, Gürcüstanın Abxaziya bölgəsindən etnik ermənilərdən ibarət olan bir qrup Dağlıq Qarabağda döyüşmək üçün toplanıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyadan olan “döyüşçü” Yuri Kots məlumat verib. Sosial şəbəkə istifadəçiləri isə bildiriblər ki, fotoda göstərilən yer Abxaziya deyil, Rusiyanın Soçi şəhəridir.

"Etnik ermənilər" adı altında toplanan şəxslərin muzdlular olduğu müəyyən edilib. İndiyə qədər Qarabağa göndərilən muzdluların sayı barədə isə dəqiq məlumat yoxdur.



Xatırladaq ki, Axra Avidzba Donetskdəki separatçı rejimin “rəhbərlər”indən biridir. Bir neçə il əvvəl Axra yoxa çıxmışdı. Ehtimal edilirdi ki, o, Arseni Pavlovun (Motorola) qətlinə görə öldürülüb. Lakin 2020-ci ildə Abxazın Rusiyada həbs edildiyi məlum olub. Buna səbəb idarə etdiyi avtomobilin Rusiyanın sərhəd-keçid məntəqəsinə çırpılması göstərilib.

Hazırda Axra muzdluları etnik erməni adı altında toplayaraq Qarabağda Azərbaycana qarşı döyüşmək üçün göndərir.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Rusiya   Qarabağ   Muzdlu  





Xəbər lenti