“Məsciddə donuz saxlamaq bəşəri cinayətdir” - Din xadimi

  “Məsciddə donuz saxlamaq bəşəri cinayətdir” -    Din xadimi
  06 Noyabr 2020    Oxunub:5176
Qubadlı rayonunun Məmər kənd məscidinin donuz tövləsi kimi istifadə edilməsi erməni vandalizminin növbəti təzahürüdür.
Bunu Azvision.az -a açıqlamasında ilahiyyatçı Hacı Surxay Həsənli deyib. Onun sözlərinə görə, dini ibadət yerinə bu cür hörmətsizlik bəşəri cinayətdir.

“Bu gün səmavi dinlər, xrsitianlıq, yəhudilik və islam insanları ədalətə, bərabərliyə, qardaşlığa səsləyir. Dinlərdə bu cür vandallıq yoxdur. Ermənilərin atdığı addım heç bir dinə, heç bir əqidəyə sığmır. Ermənilərin Xocalı faciəsində etdiyi vandalizm, uşaqların başının kəsilməsi, onlara qarşı zülm, zorakılıq hərəkətləri bəşəri cinayətdir. Onlar Azərbaycan xalqına, islam dininə nifrətlərini məscidlərimizdə donuz saxlamaq, onu tövləyə çevirməklə göstərirlər. Biz buna bənzər hadisəni Ağdam məscidində də görmüşdük”.



Ermənistandan fərqli olaraq Azərbaycanın tolerant ölkə olduğunu deyən Hacı Surxay Həsənli bildirib ki, bizdə qədim abidələr, xristian, yəhudi dininə aid məbədlər, kilsələr yüksək səviyyədə qorunur.

“Bu, Azərbaycanın mədəniyyətinin göstəricisidir. Ermənilər bu hərəkətlərinə görə Allah qarşısında cavablarını alacaq və bir daha Allahın hüzurunda cəzalanacaqlar. Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımız qarış-qarış azad olunur. O torpaqlarda məscidlər yenidən bərpa edilərək möminlərin və insanların ixtiyarına veriləcək. Peyəmbərin hədisi var: “Zalımın sonu yaxınlaşdıqca, onun zülmü çoxalar”. Ermənilər Allaha qarşı, Allahın evinə hörmətsizlik edirlərsə, on qat onların cəzası veriləcək”.



Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid ermənilər tərəfindən dağıdılıb. İnsanlığa sığmayan vandalizmlə yanaşı, tarixi dini-mədəni abidə uzun illər ermənilər tərəfindən donuz tövləsi kimi istifadə edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qubadlıq   Məscid  





Xəbər lenti