“Ermənilər Füzulidə qəbiristanlığı yerlə bir edib” - Hikmət Hacıyev

 “Ermənilər Füzulidə qəbiristanlığı yerlə bir edib” -  Hikmət Hacıyev
  06 Noyabr 2020    Oxunub:3517
Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Qəbiristanlıqlar vandalizm və barbarlığa məruz qalıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.

“Ermənistanın törətdikləri barədə daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan Azərbaycanın bütün izlərini silməyə çalışıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.



Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Füzuli  





Xəbər lenti