Azərbaycanlı gənc Ukraynada deputat seçildi

  Azərbaycanlı gənc Ukraynada deputat seçildi
  07 Noyabr 2020    Oxunub:3583
Ukraynada yaşayan gənc soydaşımız Kiyev Şəhər Şurasının deputatı seçilib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, oktyabrın 25-də keçirilən seçkilərin nəticələrinə görə, gənc soydaşımız Dinara Həbibullayeva sabiq Prezident Petro Poroşenkonun sədri olduğu “Avropa həmrəyliyi” Partiyasından Kiyev Şəhər Şurasının deputatı seçilib.

Qeyd edək ki, Kiyev Şəhər Şurasında ən çox 31 deputatla “Avropa həmrəyliyi” partiyasının üzvləri təmsil olunacaq. İkinci yerdə mer Vitali Kliçkonun rəhbəri olduğu “UDAR” partiyası qərarlaşıb. Onlar 30 nəfərlə Kiyev Şəhər Şurasında təmsil olunacaqlar.

Azvision.az


Teqlər: Ukrayna   Deputat  





Xəbər lenti