Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı

 Seyran Ohanyanın oğlu da Qarabağda yaralandı
  07 Noyabr 2020    Oxunub:3550
Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə S.Ohanyanın vəkili Karen Mejlumyan bildirib.

Onun sözlərinə görə, Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanaraq xəstəxanaya yerləşdirilib. Vəkil əlavə məlumat verməyib.

Qeyd edək ki, ötən gün Seyran Ohanyan Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb.

Uzun illər Ermənistanın müdafiə naziri olmuş S.Ohanyan Xocalı faciəsinin təşkilatçılarından biridir.

Azvision.az


Teqlər: Ohanyan   Qarabağ  





Xəbər lenti