Bakı metrosunda yeniliklər

Bakı metrosunda yeniliklər
  07 Noyabr 2020    Oxunub:1377
Artıq bütün metropoliten xətlərinin mərhələlərlə yeni idarəetmə sistemlərinə keçilməsinə başlanılıb. Bu mənada 2020-ci ilin xüsusi əhəmiyyəti tarixdə yer alacaq.
Bu barədə Azvision.az -a “Bakı metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə hərəkətin təşkilində təməl sahə olan “Nərimanov” elektrik deposundan başlanılıb.

"Bu, “Thales” şirkətinin iştirakı ilə “ox sayğacları” bazasında qurulan sistemdir. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlar ləğv olunub. Müasir informasiya-kommunikasiya idarəetməsinin tətbiqi ilə hərəkətin daha təhlükəsiz təşkili, perspektivli layihələrin, dispetçer idarəetməsinin icrasına yol açılıb, o cümlədən qatarların hansı vaxtda xəttə çıxdığı, harada olduğu, dayanacaq nöqtəsi və digər məsələlər bu sistemlə təyin edilir. Bu işlərin yerinə yetiriləcəyi mərkəz - 5 mərtəbəli mərkəzləşmə məntəqəsi binasından həyata keçirilir. Bu isə gələcəkdə CBTC sistemlərinin mövcud xətlərdə yenidənqurma işlərini davam etdirməklə həyata keçirilməsinə yol açır. Əlbəttə, məsələ təkcə bu sistemin depo yollarında tətbiqi ilə yekunlaşmır. Onu təmin edən digər məsələlər də həllini tapmalıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Bakı   Metro   Yenilik  





Xəbər lenti