Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən
Azvision.az -a verilən məlumata görə, hərbiçilərimizin siyahısını toplamaq istəyən və bundan hansısa saxta xəbərlər və siyahılar hazırlamağı planlaşdıran erməni hakerlər tərəfindən vətəndaşlarımıza saxta sms-lər göndərərək onlardan hərbidə olanların adlarını daxil etmək və həmin adamların şəhid olub-olmamasını yoxlamaq təklif edilir.
"Beləliklə müharibədə məğlub olan düşmən, hərbiçilərimiz haqqında məlumatların-siyahıların toplanmasının yeni növünə start verib. Bütün vətəndaşlarımızdan belə sms-lərə, xəbərlərə, keçidlərə qarşı diqqətli olmağı, oxşar hallarla rastlaşdığınız zaman bu barədə bizə məlumat verməyinizi xahiş edirik".
Azvision.az