Sosial yardım verilərkən kredit borcu nəzərə alınmayacaq
Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət də artıq 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Habelə ailə tərkibində deyil, ailənin yalnız gəlirlərində baş verən dəyişiklik nəzərə alınacaq.
Əsas yeniliklərdən biri də odur ki, ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılması nəzərdə tutulur. Ailə tərkibində əmək qabiliyyətli olub güzəştli səbəbdən işləməyən şəxslərin sırası da dəqiqləşdirilməklə daha da genişləndirilib.
Həmçinin yeni qanunvericilikdə ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. kimi yeniliklər var.
Azvision.az
Teqlər: Sosial-yardım ƏƏSMN