İşğaldan azad edilmiş yerlərdə bütün kilsə və məscidlər bərpa olunacaq

 İşğaldan azad edilmiş yerlərdə bütün kilsə və məscidlər bərpa olunacaq
  08 Noyabr 2020    Oxunub:2964
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı bütün kilsə və məscidlər bərpa ediləcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Hikmət Hacıyev bildirib: “Qəbələ rayonunda XII əsrə aid Müqəddəs Məryəm Ana kilsəsi tam təmir olunub və Azərbaycanın xristian icmasının istifadəsinə verilib. Onun təmirini bir müddət əvvəl Heydər Əliyev Fondu başlamışdır. İşğaldan azad edilmiş Azərbaycan torpaqlarındakı bütün kilsələr və məscidlər bərpa ediləcək”.



Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Kilsə   Məscid  





Xəbər lenti