Ermənistan yenə dövlət sərhədində atəşkəs rejimini pozdu

Ermənistan yenə dövlət sərhədində atəşkəs rejimini pozdu
  08 Noyabr 2020    Oxunub:1625
Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Bu barədə Azvision.az -a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

Azvision.az


Teqlər: Düşmən   Sərhəd   Atəşkəs  





Xəbər lenti