Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu

 Düşmən yaşayış məntəqələrimizi atəşə tutdu
  08 Noyabr 2020    Oxunub:2308
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini atəşə tutub.
Bu barədə Azvision.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Düşmən  





Xəbər lenti