Ali Baş Komandan: Əziz Şuşa, biz qayıtdıq!!! - VİDEO

  Ali Baş Komandan: Əziz Şuşa, biz qayıtdıq!!! - VİDEO
  08 Noyabr 2020    Oxunub:12467
Azərbaycanın Şuşa şəhəri erməni işğalçılarından azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirib:

"Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!"

Dövlətimizin başçısı deyib: “Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.



Azvision.az


Teqlər: Şuşa  





Xəbər lenti