Şuşanın azad edilmə xəbəri Ərəb telekanallarında

Şuşanın azad edilmə xəbəri Ərəb telekanallarında
  08 Noyabr 2020    Oxunub:2975
Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ərəb telekanallarında flaş xəbər kimi verilib.
Azvision.az xəbər verir ki, “Al-Hadath”, “Aljazeera” və “Əl-Ərəbiyyə” televiziya kanallarının canlı yayımında ABŞ-da seçkilərin nəticələrinə dair reportajlar kəsilərək Şuşanın işğaldan azad edilməsi barədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müraciəti yayımlanıb.

“Arabnews”, “Saudigazette”, “Gulf Times” və digər qəzetlər də Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərlərini yayıblar.

Azvision.az



Teqlər: Şuşa   Qarabağ   Prezident  





Xəbər lenti