Ağdam atəşə tutuldu: Daha bir mülki şəxs yaralandı

 Ağdam atəşə tutuldu: Daha bir mülki şəxs yaralandı
  09 Noyabr 2020    Oxunub:5273
Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.
Baş Prokurorluqdan Azvision.az -a verilən məlumata görə, bu gün saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Azvision.az


Teqlər: Ağdam   Prokurorluq  





Xəbər lenti