Xankəndi xəstəxanası yaralılarla doludur

  Xankəndi xəstəxanası yaralılarla doludur
  09 Noyabr 2020    Oxunub:3968
Xankəndinin hərbi xəstəxanası və digər tibb müəssisələri hazırda cəbhənin müxtəlif istiqamətlərindən gələn yaralı erməni əsgərlərinin axınının öhdəsindən gələ bilmirlər.
Azvision.az xəbər verir ki, bu barədə haqqin.az öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun irəliləyən qüvvələri ilə eyni anda üç istiqamətdə - şimal, şimal-şərq və cənub istiqamətində müdafiə döyüşləri aparır.

Qeyd olunur ki, dərman və digər tibbi ləvazimatlarla yanaşı, ağır yaralıları Yerevana çatdırmaq üçün təcili yardım maşınları və nəqliyyat vasitələri də çatışmır.

Azvision.az


Teqlər: Qarabağ   Xankəndi  





Xəbər lenti